15 C
Baku
31 Mart 2026, 19:34
Baş xəbərSosial

Düzgün fikir və mövqe çağırışı: Gənclərin gələcəyinə yönələn yeni mesaj

Bugun.tv– xəbər verir ki, Gənclərin Səsi Könüllü Platforması və Barattson MMC-nin təşkilatçılığı ilə “Gənclərin gələcəyi: Doğru fikir, doğru nitq, doğru mövqe” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə gənclərin şəxsi inkişafı, cəmiyyətdə aktiv mövqeyi və düşüncə tərzinin formalaşdırılması mövzuları əsas müzakirə predmeti olub.

Bu barədə şərhi Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial media hesabında paylaşıb.

Çıxışlar zamanı nitq mədəniyyəti, özünüifadə bacarığı, düzgün düşüncə formalaşdırmaq və mövqe seçiminin gənclərin gələcək həyatında həlledici rol oynadığı vurğulanıb. Qeyd edilib ki, nitq mədəniyyəti təkcə danışmaq deyil, eyni zamanda dinləmək və qarşı tərəfi anlamaq bacarığını da əhatə edir.

Eyni zamanda deputat Ceyhun Məmmədov vurğulayıb ki, gənclərin fikirlərini açıq və aydın şəkildə ifadə etməsi isə onların həm şəxsi, həm də ictimai uğurlarına töhfə verir. Onların enerjisi və ideyaları ölkənin gələcək inkişafı üçün mühüm potensialdır.

Həmçinin düzgün fikir, dürüst nitq və prinsipial mövqe cəmiyyət üçün dəyər yaradan əsas amillər kimi dəyərləndirilir deyə qeyd edən, millət vəkili: “Gənclərin səsi, fikri və mövqeyi cəmiyyətin gələcəyini formalaşdıran ən güclü amillərdəndir” bildirib.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu