24 C
Baku
10 Sentyabr 2025, 6:30
Baş xəbərKriminal

Dələduzluq və cinayət əməlinə görə axtarışda olan paytaxt sakini saxlanıldı – VİDEO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, vətəndaşlara qarşı dələduzluq edən və bu cinayət əməlinə görə axtarışda olan paytaxt sakini saxlanılıb.
Həmin şəxsin vətəndaşı aldadaraq xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Abiyev olduğu aşkarlanıb.
Araşdırmalar zamanı məlum olub ki, F.Abiyev zərərçəkənin etibarından istifadə edərək, ondan bir yaxınının dayandırılan təqaüdün bərpa olunmasına görə 3700 manat, həbsdə olan bir qohumunun sərbəst buraxılmasına görə isə 6500 manat alaraq, ümumilikdə zərərçəkənin 10200 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, F.Abiyev barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər F.Abiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Salyan RPŞ-nə məlumat vermələri xahiş olunur.

Bugün TV

Oxşar xəbərlər

“Dünya bilsin ki, biz yəhudi xalqı olaraq ermənilərin son bəyanatına etiraz edirik!” – Ravvin Şmuel Simantov çağırış etdi

Bugün TV

Qubada “Aprel döyüşləri şanlı tariximiz” adlı tədbir keçirilib.

Bugün TV

Saxta polis saxlanıldı – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu