Bugun.tv xəbər verir ki, Milli Fəlakətlərin Azaldılması Koordinasiya Agentliyindən edilən şərhdə, Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri olan 3763 metr yüksəklikdəki Fueqo yenidən aktivləşdi.
Açıqlamada isti kül buludlarının bölgədə 100 min insana təsir edə biləcəyi qeyd edilib.
Mülki müdafiə rəsmisi Oskar Kossio qeyd edib ki, vulkanın yaxınlığındakı 5 yaşayış məntəqəsindən 1054 nəfər təxliyə olunaraq müvəqqəti sığınacaqlara aparılıb.
Xatırladaq ki, 2018-ci ildə Fueqo vulkanının püskürməsi nəticəsində 194 nəfər həyatını itirib, 234 nəfər isə itkin düşmüş hesab edilib.