Baş xəbərKriminal

Dəmir yolundan oğurluq edən saxlanıldı – VİDEO

Bugun.tv xəbər verir ki, dəmir yolundan oğurluq edən şəxs Sumqayıtda saxlanılıb.

Şübhəli şəxs qismində Naxçıvan MR Şərur rayon sakini Rahim Vəliyev dindirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə axtarış tədbirlərini Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları aparıblar.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs dəmir yolunun Baş Sumqayıt-Güzdək mənzilinin 23-cü kilometrliyindən işlək vəziyyətdə olan rabitə naqilini kəsərək oğurlayıb və satıb.

Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsinin istintaq qrupunda cinayət işi başlanılıb.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Çin-ABŞ danışıqları Yaxın Şərqdəki proseslərə ciddi təsir etməyəcək

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-İran danışıqları dalana dirənib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Ermənistanda seçkilərin əsas mövzusu müharibə və sülh məsələsidir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu