35 C
Baku
20 İyul 2025, 11:45
Baş xəbərDünya

Dərin yarıqlar səbəbi ilə minlərlə insan təxliyə edildi

Bugun.tv xəbər verir ki, Çində inanılmaz hadisə baş verib! Ekspertlər vəziyyəti “geoloji fəlakət” kimi şərh ediblər…

Tianjin şəhərində çoxmərtəbəli binaların yaxınlığındakı yollarda dərin yarıqlar əmələ gəlib. Şəhərdə minlərlə insan təxliyə edilib.

Alimlər hadisənin səbəbləri üzərində işləyirlər.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə yolların əyri olduğu açıq-aydın görünüb. Global Times regional hökumətdən bildirib ki, ən azı üç 25 mərtəbəli binada yaşayan 3899 nəfər yaxınlıqdakı otellərə təxliyə edilib.

Ərazidə tədqiqat, xəritə çəkmə və monitorinq aparan geoloqlar bunu “qəfil geoloji fəlakət” kimi qiymətləndiriblər. Bu cür geoloji hadisələrin son dərəcə nadir olduğunu deyən mütəxəssislər yarıq və çatların, ehtimal ki, 1300 metr dərinlikdəki yeraltı boşluqlar nəticəsində yarandığını bildiriblər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə başsağlığı mesajı verdi

Bugün TV

Barış Akarsu pərəstişkarlarından gözlənilməz addım

Aynur Camal

Ukraynanın raket hücumları zərərsizləşdirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu