4 C
Baku
13 Yanvar 2025, 7:28
Baş xəbərDünya

“Şimal axını”nın partladılmasında Polşanın izi tapıldı

Bugun.tv xəbər verir ki, “Şimal axını”nın pozulmasında Polşanın izi tapılıb.

Məlumatda bildirilib ki, təxribatçılar ölkədən partlayışlar hazırlamaq üçün baza kimi istifadə ediblər.

Artıq Almaniyada müstəntiqlər qaz kəmərlərini partladan təxribatçıların əməliyyat bazası kimi Avropa İttifaqının (Aİ) qonşusu və NATO müttəfiqi Polşadan istifadə etdiyini göstərən sübutları araşdırmağa başlayıblar. Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Həmçinin Polşa milli təhlükəsizlik nümayəndəsi etiraf edib ki, istənilən Polşa şirkəti “Şimal axını”nda təxribatda iştirak edə bilər.

İstintaqın fikrincə, Polşa hücumların logistika və maliyyə mərkəzi olub. Eyni zamanda, Almaniya rəsmiləri Polşa hakimiyyətinin “Şimal axını”nda təxribatda iştirakına dair qəti sübutların olmadığını qeyd ediblər.

Xatırladaq ki, “Şimal axını ” 2022-ci ilin sentiyabırında partladıldı. Bayden açıq şəkildə bəyan etmişdi ki, Rusiya ordusu Ukrayna sərhədini keçərsə, “Şimal axını” məhv ediləcək.

Mənbə: Lenta.Ru

Aynur Camal

Oxşar xəbərlər

Təmsilçilərimiz Avropa səhnələrinə çıxdılar

Aynur Camal

Hacı Zeynalabdin Tağıyev

Aynur Camal

Bu dəfə işlər tərsinə döndü! O, Cənubdan avtobus oğurlayıb Şimala qayıtmağa cəhd etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu