19 C
Baku
29 İyun 2025, 4:32
Sosial

E.Bayramlı: “Dövlət binası xeyir-şər evi deyil”

Məsələyə münasibət bildirən sosioloq Elçin Bayramlı Bugun.tv-yə açıqlamasında qeyd etdi ki, hər şeyin yeri, qaydası var: “Bəzi şeylər var, yazılmamış qanunlardır. Ola bilsin pis heç nə yoxdur, təbii ki, yaxşı bir mərasimdir. Əslində, bunlar mənəvi cəhətdən müqəddəs bir mərasimdir. Amma hər şeyin yeri, qaydası var. Min illərdir formalaşmış ənənələr, dəyərlər var. Bunlara hörmət etmək lazımdır. Ən azı iş yerində etik deyil. Bunu şouya çevirmək nə məcburdur ki? Nə məqsədə xidmət edir? Xınayaxdı keçirməyə yerləri yoxdursa, müraciət etsinlər biz yer təşkil edərik. İş yeri konkret dövlət işlərini həyata keçirmək üçündür. Nə təlimata, nə hər hansı qanuna, nə də hər hansı mənəvi dəyərə uyğundur. Bu sadəcə Tik-Tok şoularına bənzər bir şeydir. Normal bir qaydada evdə, obyektdə keçirmək olar. Bu mərasimin mahiyyəti başqadır. Forması vacib deyil, mahiyyəti vacibdir ki, bu mərasim nə üçündür. Əgər ölkədə hər yer dağılsa, bütün binalar uçsa, bircə ora qalsa, hə, onda, olar. Belə fors-major hallarda olar. Amma digər hallarda buna ehtiyac yoxdur. Ümumiyyətlə, belə şeyləri ucuzlaşdırmaq, dəyərlərimizlə oynamaq, gözdən salmaq düzgün deyil”.
Sosioloq onu da bildirdi ki, dövlət idarələrində ciddi nizam-intizam olmalıdır:
“Bunu heç özəl şirkətdə də etmək olmaz. Cinayət deyil. Amma etik də deyil. Onda biz harda nə gəldi, cinayət etmədikcə, edə bilərik. Deyək ki, küçənin ortasında qışqıra bilərik, nə desən edə bilərik. Axı qanunda buna görə cinayət məsuliyyəti yoxdur. Bu prinsiplə yanaşanda baxmayaraq ki, təməlin xarakteri ciddi bir problem yaratmır, amma onun mənəvi motivi əsasdır. Və sual çıxır ki, hansı məcburiyyətdən bu dövlət binasında olmalıdır? Nə məcburdur? Hər hansı bir məcburiyyət varsa, mən başa düşürəm. Başqa yerlərdə qadağa qoyulubsa, heç bir yerdə yer yoxdursa, mən normal qarşılayıram. Amma bu, artıq şoudur. Milli dəyərlərlə aşağılayıcı rəftardır. Bu kimi mərasimləri cılızlaşdırmaqdır. Necə ki, artıq biz digər milli mərasimlərimizi də biabırçı hala gətirmişik, toylarımız, nişanlarımız, xınayaxdı mərasiminin məzmunu kənara atıb reklam formasına keçirmişik. Kimlərsə videoya baxıb deyəcəksə, “hə nə maraqlı idi”, həyatını onun üzərində qurmamalıdır. Bu, gənc nəslə, yeniyetmələrə pis nümunə olur. Bir dəfə, beş dəfə, on dəfə olduqca adiləşir”.

Nigar Məmmədova

Oxşar xəbərlər

6 aydan tez işdən çıxanların hansı hüquqları var?

Bugün TV

Əməkhaqqı fondu daha 16 faiz artıb

Aynur Camal

“Onlar bizə əmanət” layihəsi davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu