25 C
Baku
27 İyul 2024, 3:58
Dünya

Media: İslamabadda partlayış baş verib

Xarici Xəbərlər. 

Pakistanın paytaxtı İslamabadın cənub-qərbində cümə günü baş verən partlayış nəticəsində azı bir polis məmuru ölüb, 6-sı yaralanıb. Bu barədə polisə istinadən Dawn qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, hadisə I-10/4 sektorunda polis şübhəli taksi avtomobilini yoxlamaq istəyərkən baş verib. Avtomobili idarə edən kamikadze partlayıcı qurğunu polis yaxınlaşan zaman işə salıb. Partlayış nəticəsində 1 polis ölüb, 4-ü polis olmaqla 6 nəfər yaralanıb.

Hazırda hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Mənbə:TASS

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna Krım körpüsünə hücum ilə bağlı açıqlama verdi

Bugün TV

5 bələdiyyə başçısı sikkə atmaqla seçilib

Aynur Camal

Dünya əhalisi üçün 10 milyard olacaq?

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu