Sosial

E.Vəliyev: “104-185 saylı Çağrı mərkəzimiz də gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir”

Bayram günlərindəAzəriqaz” İstehsalat Birliyi də gücləndirilmiş iş rejimində çalışır. Yanacaq təchizatında hər hansı bir problem yaranarsa nasazlığın aradan qaldırılması üçün, günün istənilən saatında bu xidmətin qaynar xəttinə müraciət etmək olar.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Bugun.tv-yə bildirib ki, xüsusilə də, xidmət mərkəzləri iş başındadır. Çağrı mərkəzləri də fəaliyyətdədir. “Bayram günlərində hava şəraiti kəskin dəyişə bilər. Ona görə də, “Azəriqaz” İstehsalat Birliyinin təmir-tikinti idarəsinin, qəza xidmətinin əməkdaşları haradasa qaz sızması və ya sayğaclarla bağlı problem yaranarsa, dərhal aradan qaldırılmasını təmin edəcəklər. Bundan başqa, 104-185 saylı Çağrı mərkəzimiz də gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Bütün qəbul olan zənglər aidiyyatı üzrə yönəldilir”,- qurumun rəsmisi əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

“Silinən izlər. Azərbaycan İrəvanı” sənədli filminin təqdimatı baş tutub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu