Bayram günlərində “Azəriqaz” İstehsalat Birliyi də gücləndirilmiş iş rejimində çalışır. Yanacaq təchizatında hər hansı bir problem yaranarsa nasazlığın aradan qaldırılması üçün, günün istənilən saatında bu xidmətin qaynar xəttinə müraciət etmək olar.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Bugun.tv-yə bildirib ki, xüsusilə də, xidmət mərkəzləri iş başındadır. Çağrı mərkəzləri də fəaliyyətdədir. “Bayram günlərində hava şəraiti kəskin dəyişə bilər. Ona görə də, “Azəriqaz” İstehsalat Birliyinin təmir-tikinti idarəsinin, qəza xidmətinin əməkdaşları haradasa qaz sızması və ya sayğaclarla bağlı problem yaranarsa, dərhal aradan qaldırılmasını təmin edəcəklər. Bundan başqa, 104-185 saylı Çağrı mərkəzimiz də gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Bütün qəbul olan zənglər aidiyyatı üzrə yönəldilir”,- qurumun rəsmisi əlavə edib.
əvvəlki yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri