Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Lagarde-nin illik gəliri Avropa mətbuatında müzakirə mövzusuna çevrilib.
Financial Times yazır ki, Lagarde-nin faktiki qazancı rəsmi olaraq açıqlanan məbləğdən xeyli yüksək olub. Onun maaşı, müxtəlif əlavələr və imtiyazlar da daxil olmaqla, ildə təxminən 726 min avroya çatıb ki, bu da ictimaiyyətə təqdim olunan rəqəmdən əhəmiyyətli dərəcədə çoxdur.
Məqalədə qeyd olunur ki, yüksək inflyasiya və yaşayış xərclərinin artdığı bir dövrdə ECB rəhbərinin maaşı ilə bağlı bu məlumatlar Avropa İttifaqında narazılıq yaradıb. Ekspertlər bildirirlər ki, mərkəzi bankların rəhbərləri üçün şəffaflıq vacibdir və bu cür fərqlər ictimai etimadı zəiflədə bilər. Mövzu həmçinin Avropa institutlarında yüksək vəzifəli şəxslərin gəlirlərinin açıqlanması qaydalarını yenidən gündəmə gətirib.
Mənbə: Financial Times
