Baş xəbərDünya

Əfqanıstana yardım daşıyan 19-cu “Xeyirxahlıq qatarı” Herata çatdı

Bugun.tv xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının dəstəyi ilə həyata keçirilən humanitar yardım materiallarını daşıyan 19-cu “Xeyirxahlıq qatarı” Türkmənistan sərhədindəki Turqundi sərhəd məntəqəsindən keçərək Əfqanıstanın Herat vilayətinə çatıb.

“Anadolu AA” nın məlumatına görə, sözügedən yardım Əfqanıstanda minlərlə ailəyə paylanılacaq.

Çadırlar, ədyallar, generatorlar, ərzaq, mətbəx və gigiyena ləvazimatları da daxil olmaqla 500 tondan çox humanitar yardım əsasən Herat əyalətinin zəlzələdən zərər çəkmiş bölgələrinə və Pakistan-Əfqanıstan sərhədi boyunca Pakistandan repatriasiya edilmiş əfqan miqrantlara veriləcək.

Türkiyənin Kabil missiyasının rəhbəri və müvəqqəti işlər vəkili Cenk Ünal Türkiyənin çətin anlarda əfqan xalqının yanında olduğunu və humanitar yardımların bundan sonra da davam edəcəyini qeyd edib.

Taliban administrasiyasını rəsmiləri də sözügedən yardıma görə Türkiyə və onun qurumlarına təşəkkür ediblər.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: ABŞ İranda kürd silahlı qruplarından istifadə etməyə çalışır

Aynur Camal

Vüqar Bayramov: Cənub Qaz Dəhlizi Azərbaycanın regional enerji təhlükəsizliyində artan rolunu təsdiqləyir

Aynur Camal

Zaxarova Zelenskinin seçkilərdən imtinasını şərh edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu