Baş xəbərİdman

“Juventus” – “Inter” oyununun vaxtı bəlli oldu

Bugun.tv xəbər verir ki, İtaliya A Seriyasında liderlik uğrunda mübarizə aparan iki komanda “Yuventus” və “İnter” üz-üzə gələcək.

CNNTÜRK-ün məlumatına görə, qarşılaşmadan əvvəl qonaq komanda A seriyasında birinci yerdə idi və 31 xalı var. Öz azarkeşləri önündə qələbə qazanmaq istəyən “Yuventus” 29 xalla liqanın ikinci pilləsində qərarlaşıb. “Yuventus” evdə qalib gəlsə, xallarını 32-yə yüksəldəcək, rəqibini qabaqlayacaq və A Seriyasında birinci yeri tutacaq.

Qonaq komanda “İnter” matçdan bərabərliklə ayrılacağı təqdirdə liderliyini qoruyacaq. “İnter” səfərdə qalib gəlsə, xallarını 34-ə çatdıracaq, “Yuventus”la xal fərqini 5-ə çatdıracaq, ən yaxın rəqibi isə çempionluq yolunda böyük zərbə alacaq.

S Sport 2 və S Sport Plus ekranlarında canlı izlənilə bilən qarşılaşma 26 noyabr 2023-cü il bazar günü oynanılacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Meydan sahiblərinin heyətində cəzalı Poqba və Faqioli, eləcə də zədəli Sciglio və Luiz matçda meydana çıxa bilməyəcək. Qonaq komanda olan “İnter”in Bastoni və Pavarddan başqa itkin futbolçusu yoxdur.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Vüqar Bayramov: Laçında 979 ailə məskunlaşıb

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 3,2 dəfə artıb

Aynur Camal

Müharibə şəraiti Ukraynada seçkilərin keçirilməsinə mane olur – ekspertlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu