Baş xəbərDünya

Əfqanıstanda mina partladı: 9 uşaq həyatını itirdi

Bugun.tv xəbər verir ki, Əfqanıstanın Qəzni vilayətində Sovet İttifaqının işğalı dövründən qalan mina partlaması nəticəsində 9 uşaq həyatını itirib.

Qəzni Mədəniyyət və İnformasiya direktoru Molla Həmidullah Nisar Taliban administrasiyasının xəbər agentliyi Bəhktara danışıb.

O, bildirib ki, Sovet İttifaqının Əfqanıstanı işğalı zamanı partlamamış mina dünən Giro rayonunun Zedran kəndində partlayıb. Hadisə uşaqların partlamamış mina ilə oynadığı zaman baş verdiyini qeyd edərək, hadisə nəticəsində 5-i qız olmaqla 9 uşağın həyatını itirdiyini bildirib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu