Bugun.tv “Reuters” agentliyinə istinadla xəbər verir ki, ölkənin şərqində zəlzələdən zərər çəkmiş dağlıq ərazilərdə axtarış əməliyyatları çərşənbə günü axşam saatlarında davam edib, səlahiyyətlilər daha çox cəsədin çıxarıldığını bildiriblər. Dəqiq sayı hələ müəyyən edilməsə də, ölənlərin sayının 1457 nəfəri ötdüyü xəbər verilir. Ən çox zərərə uğrayan Kunar əyalətində sağ qalanlar bildirirlər ki, onlara məxsus olan hər şey məhv olub. Əfqanıstanda son illərdəki ən ölümcül zəlzələlərdən biri olan ilk 6 bal gücündə zəlzələ bazar günü Kunar və Nangarhar əyalətlərində geniş dağıntılara və tələfata səbəb olub, onun episentri 10 kilometrlik dayaz dərinlikdə yerləşib. Çərşənbə axşamı günü 5,5 bal gücündə ikinci zəlzələ çaxnaşmaya səbəb olub və xilasetmə işlərini yarımçıq qoyub, çünki zəlzələ dağlardan qayaların uçmasına və ucqar ərazilərdə kəndlərə gedən yolların bağlanmasına gətirib çıxarıb.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri