Digər

“Tesla” robot taksi sifarişi üçün tətbiqə girişi açıb

Bugun.tv xəbər verir ki, ABŞ-ın elektrik avtomobilləri istehsalçısı bu barədə özünün sosial media hesabında məlumat yayıb. Kompaniya “Robotaxi” xidmətini iyunun sonunda Texas ştatının Ostin şəhərində işə salıb. Xidmət həmin dövrdən bəri yalnız məhdud sayda investorlar və influenserlər üçün əlçatan olub. Hazırda “Robotaxi” proqramı kameralar və sensorlarla təchiz edilən adi “Model Y” avtomobillərindən istifadə edir. Tamamilə avtonom “Cybercab” adlı elektrik avtomobili isə hələ hazırlanma mərhələsindədir. “Tesla” kompaniyasından verilən məlumata görə, “Robotaxi” xidmətindən yalnız 18 yaşdan yuxarı şəxslər istifadə edə biləcəklər. Həmçinin avtomobillərə 13 yaşdan kiçik uşaqların, hətta böyüklərin müşayiəti ilə olsa belə minməsinə icazə verilməyəcək.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu