Baş xəbərDigər

Ekologiya polisi reyd keçirdi

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə  verilən məlumata görə, DYPB-nin və Şirvan Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlər zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobillərin sürücüləri ilə profilaktik söhbətlər aparılıb və onlara avtomobillərini saz vəziyyətdə saxlamaları barədə tövsiyələr verilib.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Kəmalə Sultan

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycana xarici investisiyaların cəlb edilməsində artım müşahidə olunur

Aynur Camal

Antalya 77-ci Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir

Aynur Camal

“Rusiya-Ukrayna müharibəsinin hərbi həlli yoxdur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu