24 C
Baku
25 Sentyabr 2026, 21:06
Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbər

Ekspert: ABŞ və İran arasında danışıqlarda anlaşma mümkündür

Bugun.tv xəbər verir ki, ABŞ və İran arasında yenidən danışıqlar prosesinin başlaması tərəflər arasında yeni anlaşmanın əldə olunması ehtimalını artırır.

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadənin fikrincə, İran ABŞ-a yeddi bənddən ibarət təklif təqdim etməklə əvvəlki mövqeyindən müəyyən qədər geri çəkildiyini və danışıqlara açıq olduğunu nümayiş etdirir.

Ekspert sosial media hesabındakı paylaşımında həmçinin hesab edir ki, İrana qarşı tətbiq olunan sanksiyalar ölkənin iqtisadi vəziyyətinə ciddi təsir göstərir. Onun sözlərinə görə, İran aviaşirkətlərinin uçuşlarında yaranan məhdudiyyətlər və ABŞ-ın tətbiq etdiyi dəniz məhdudiyyətləri Tehranın qarşılaşdığı təzyiqləri daha da artırır.

Məhəmməd Əsədullazadə bildirib ki, İran hərbi imkanlarını genişləndirməyə və müqaviməti davam etdirməyə çalışsa da, ölkədə iqtisadi və sosial vəziyyət ağırlaşır. Onun fikrincə, Tehran yaranmış vəziyyətdən çıxış yolu axtarır və ABŞ-la danışıqlar aparmağa hazır olduğunu göstərir.

Ekspert ABŞ prezidenti Donald Trampın İranın danışıqlara və razılaşmaya maraqlı olması barədə açıqlamalarının müəyyən qədər təsdiqini tapdığını düşünür. O qeyd edib ki, İran Prezidenti və xarici işlər nazirinin Nyu-Yorkda ABŞ rəsmiləri ilə təmasları, eləcə də Abbas Araqçinin Stiv Uitkoffla görüşündə İranın təkliflərini təqdim etməsi bu istiqamətdə mühüm göstəricidir.

Məhəmməd Əsədullazadənin fikrincə, SEPAH prosesə müəyyən qədər neytral yanaşarsa, İran Prezidenti və hökuməti ABŞ-la memorandum imzalaya və ölkənin mövcud böhranlı vəziyyətdən çıxması üçün yol aça bilər. Ekspert hesab edir ki, Tehran noyabr ayına qədər danışıqlarda və memorandumun imzalanmasında maraqlı olarsa, həmin müddətədək müəyyən razılaşmanın əldə olunması mümkündür.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Yeni Dövlət Proqramı iş adamları üçün yeni imkanlar yaradacaq

Aynur Camal

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda 11-ci Ayurveda Gününü qeyd etmək məqsədilə festival təşkil etdi

Aynur Camal

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu