Bugun.tv ‐ xəbər verir ki, təhsil eksperti Etibar Əliyev öz Facebook hesabında riyaziyyatçılara müraciət edib. O bildirib ki, dünya səviyyəli riyaziyyatçı, Kornell Universitetinin “Tətbiqi riyaziyyat” mərkəzinin professoru, Stiven Stroqatsın “X-dan məmnunluq” kitabı mütləq şəkildə tərcümə edilib yayımlanmalıdır:
“Çapına mən də dəstək duraram. Məktəblilər və tələbələr üçün çox vacib vəsaitdir.
Biz məktəbə gedəndə ilk tanış olduğumuz riyazi simvol “X” olur. Riyaziyyatı bilənlər bu simvoldan ləzzət alırlar. Bu simvolu anlamayanlar isə ona nifrət edirlər. Stroqats bu kitabı ilə oxucuda “X” – dan məmnunluq hisslərini artırmağa çalışır. Kitab riyaziyyatla tanışlığı daha da dərinləşdirir. S. Stroqats fundamental riyazi ideyaları hamımızın başa düşdüyü formada gözəl nümunələrlə sadə və eleqant formada izah edir.
Stiven Stroqats elmin populyarlaşdırılması sahəsində nüfuzli alimlərdən biri hesab olunur”.
