Baş xəbərSosial

Ekspert Etibar Əliyev riyaziyyatçılara müraciət etdi

Bugun.tv ‐ xəbər verir ki, təhsil eksperti Etibar Əliyev öz Facebook hesabında riyaziyyatçılara müraciət edib. O bildirib ki, dünya səviyyəli riyaziyyatçı, Kornell Universitetinin “Tətbiqi riyaziyyat” mərkəzinin professoru, Stiven Stroqatsın “X-dan məmnunluq” kitabı mütləq şəkildə tərcümə edilib yayımlanmalıdır:

“Çapına mən də dəstək duraram. Məktəblilər və tələbələr üçün çox vacib vəsaitdir.

Biz məktəbə gedəndə ilk tanış olduğumuz riyazi simvol “X” olur. Riyaziyyatı bilənlər bu simvoldan ləzzət alırlar. Bu simvolu anlamayanlar isə ona nifrət edirlər. Stroqats bu kitabı ilə oxucuda “X” – dan məmnunluq hisslərini artırmağa çalışır. Kitab riyaziyyatla tanışlığı daha da dərinləşdirir. S. Stroqats fundamental riyazi ideyaları hamımızın başa düşdüyü formada gözəl nümunələrlə sadə və eleqant formada izah edir.

Stiven Stroqats elmin populyarlaşdırılması sahəsində nüfuzli alimlərdən biri hesab olunur”.

Aynur Camal

Oxşar xəbərlər

“Müstəqilliyimizi qorumaq və möhkəmləndirmək əsas vəzifəmizdir”

Aynur Camal

Ceyhun Məmmədov 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib

Aynur Camal

Həkim səhər yeməyi, nahar və axşam yeməyi üçün ən uyğun saatları açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu