26 C
Baku
26 Sentyabr 2026, 17:07
Baş xəbər

Ekspert: Vaşinqton anlaşmasından bir il sonra regionda yeni iqtisadi imkanlar yaranır

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Vaşinqton anlaşmasının imzalanmasının birinci ildönümü ilə bağlı regionda baş verən prosesləri şərh edib.

Ekspert bildirib ki, Azərbaycanın təklif etdiyi prinsiplər əsasında regionda formalaşan yeni düzən Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, bu proses yalnız Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, həm də regionda sülh və əməkdaşlıq üçün yeni bazanın formalaşması baxımından əhəmiyyətlidir.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan sülh gündəliyinə uyğun olaraq Ermənistana enerji məhsullarının ixracını həyata keçirir və Ermənistana daşınan yüklərlə bağlı məhdudiyyətlərin aradan qaldırılması da Azərbaycanın regional sülhə dəstəyini göstərir.

Ekspert Zəngəzur dəhlizinin istifadəyə verilməsi və regional kommunikasiyaların bərpasının iqtisadi əlaqələrin genişlənməsinə imkan yaradacağını vurğulayıb.

Onun hesablamalarına görə, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələr tam bərpa olunarsa, təxminən 38 məhsul üzrə idxal-ixrac əməliyyatları həyata keçirilə bilər. Bu halda iki ölkə arasında ticarət dövriyyəsinin illik 300 milyon dollar ətrafında olması mümkündür.

Ekspert hesab edir ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması regiondan keçən yükdaşımaların həcmini artırmaqla yanaşı, ölkələrin beynəlxalq tranzitdən daha çox gəlir əldə etməsinə və Cənubi Qafqazda dayanıqlı sülhün möhkəmlənməsinə töhfə verə bilər.

Aynur Camal

Oxşar xəbərlər

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında hüzn, həm də qürurla yaşayan bir tarixdir

Bugün TV

Ekspert: ABŞ və İran arasında danışıqlarda anlaşma mümkündür

Aynur Camal

Vüqar Bayramov: Yeni Dövlət Proqramı iş adamları üçün yeni imkanlar yaradacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu