Digər

Ekvadorda 10 mindən çox insan həbs edildi

Bugun.tv xəbər verir ki, Ekvador polisi və silahlı qüvvələri yanvarın əvvəlində həbsxanada baş verən iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən 10 mindən çox insanı saxlayıb. Ekvador Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

“Yanvarın 9-dan fevralın 25-dək 10 134 nəfər həbs edilib, onlardan 268-i terrorizmdə şübhəli bilinir”, – bunu X səhifəsində bildirilib.

Cinayətkarlıqla mübarizə əməliyyatlarında 126 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib. Onlardan 3 minə yaxın odlu silah, 20 minə yaxın partlayıcı qurğu və 64 tondan çox narkotik vasitə götürülüb. Girovlardan azad edilən polis və həbsxana nəzarətçilərinin sayı 210-u ötüb.

Yanvarın 7-də Los Çoneros cinayətkar dəstəsinin lideri Fito ləqəbli həbsxanadan qaçdıqdan sonra Ekvadorda təhlükəsizlik vəziyyəti gərginləşib. Bunun ardınca bir neçə həbsxanada iğtişaşlar baş verib. Yanvarın 8-də Ekvador prezidenti Daniel Noboa ölkədə fövqəladə vəziyyət elan edib. Komendant saatı tətbiq edib. Daha sonra ölkənin 221 kantonundan 160-da komendant saatı ləğv edilib.

Müxbir Qaytən Qasımzadə

Mənbə tass

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu