Baş xəbərDünya

Ekvadorda iğtişaşlar zamanı 13 nəfər həlak oldu

Ekvador hökuməti həbsxanalarda xaotik vəziyyət səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi və komendant saatı elan etdikdən sonra cinayətkar dəstələr iğtişaşlar törətməyə başlayıb.

Bugun.tv xəbər verir ki, Ekvador mətbuatının bu gün yaydığı məlumata görə, azı 13 nəfər iğtişaşların qurbanı olub. Onlardan 11 nəfəri mülki şəxs, ikisi isə polis əməkdaşıdır. Yanvarın 8-dən indiyədək ölkənin bir sıra şəhərlərində cinayətkar dəstələr 29 silahlı hücum həyata keçirib. Hücuma məruz qalan yerlər arasında telekanal və bir neçə xəstəxana da var.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 40-dan çox şəxsi saxlayıb. Ekvador Prezidenti Daniel Noboa yaranmış vəziyyəti “daxili silahlı münaqişə” kimi qiymətləndirib. Əmək Nazirliyi dövlət və özəl qurumlara məsafədən işə keçməyi tövsiyə edib.

Son illər Ekvadorda zorakılıq halları kəskin artıb. 2022-ci ildə ölkədə 100 min nəfərə təxminən 25 qətl hadisəsi qeydə alınıb. Həbsxanaların bir çoxu cinayətkar qruplaşmalar tərəfindən idarə olunur və orada mütəmadi olaraq toqquşmalar baş verir.

Bugün TV

Oxşar xəbərlər

BMT: Atəşkəsdən 10 aydan çox vaxt keçsə də, Qəzzadakı vəziyyət qəbuledilməzdir

Aynur Camal

İngilis çayı Hindistan çayından nə ilə fərqlənir?

Aynur Camal

Süni intellekt mütəxəssislərinə tələbat artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu