Baş xəbərDünya

Ekvadorda zəlzələ ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Bugun.tv xəbər verir ki, Ekvador prezidenti Guillermo Lasso, 6,7 bal gücündə zəlzələdən zərər çəkmiş bölgələrdə daha lazımlı işlər aparmaq üçün ölkə daxilində fövqəladə vəziyyət elan edildiyini bildirib.

“Ölkə olaraq böyük kədər içindəyik, zəlzələdən zərər çəkmiş vətəndaşlar üçün özəl sektorun artıq inşa etdiyi evləri alacağıq. Eyni zamanda kirayə dəstəyi də verəcəyik”- prezident deyib.

Lasso regionun yenidən qurulması üçün lazımi vəsaitin ayrılması üçün beynəlxalq təşkilatlarla danışıqlar apardıqlarını da bildirib.

Qeyd edilib ki, zəlzələdə həyatını itirənlərin sayı 16-ya yüksəlib, yaralananların sayı isə 450-ni keçib.

Xatırladaq ki, martın 18-də Ekvadorun Balao şəhərindən 6 kilometr şimal-şərqdə qeydə alınan zəlzələ, 65,7 kilometr dərinlikdə baş verib. Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Qaiser Nawab Pakistanın Bakıdakı səfirini ziyarət etdi

Aynur Camal

8 vasitə zəncirvari qəza etdi

Teymur Əziz

Xəstələri çaşbaş salan analiz cavablarına görə kim məsuliyyət daşıyır?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu