Baş xəbərDünya

Ekvadorda zəlzələ zamanı 126 nəfər xəsarət alıb – YENİLƏNİB

Bugun.tv-nin Ekvadorun Risk və Fövqəladə Halların İdarə Edilməsi üzrə Milli Xidmətinin tvitterdəki səhifəsindən əldə etdiyi məlumata əsasən, ölənlərin sayı 13 nəfərə çatıb.

Bildirib ki, 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7-si tamamilə dağılıb, 17 təhsil müəssisəsinin və 31 tibb məntəqəsinin binasına da ziyan dəyib.

Qeyd edilib ki, zəlzələ ocağı 85 km dərinlikdən qaynaqlanıb. Yeraltı təkanlar ölkənin 24 əyalətindən 13-də hiss olunub.

21:55

Bugun.tv-nin xarici KİV-dən əldə etdiyi məlumata əsasən, Ekvadorda 6,7 ​​maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib. Sunami təhlükəsi də qeydə alınmayıb.

Aynur Camal

Oxşar xəbərlər

Ərdoğan Fatih Karahanı Mərkəzi Bankın rəhbəri təyin etdi

Aynur Camal

Ölkəmiz İsveçdə Qurani-Kərimə hücumu pisləyib

Aynur Camal

İstanbulda Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu