25 C
Baku
27 İyul 2024, 6:37
Kriminal

“El Mocho” ləqəbli narkotik alverçisi Kolumbiyada tutuldu

Bugun.tv xəbər verir ki, bu barədə milli mətbuat xəbər verib. Təhlükəsizlik qüvvələri Antiokiya inzibati bölgəsindəki Taraza qəsəbəsinin kənd ərazisində əməliyyat keçirərək “El Mocho” ləqəbli Federiko Kardonanı ələ keçirib. Əməliyyat zamanı 2 kilo maye kokain və 1 kiloqramdan çox narkotik vasitə ələ keçirilib.

Narkotik daşınması, adam oğurluğu, qəsb və dəstə yaratmaq ittihamları ilə mühakimə olunacağı gözlənilən narkabaronun ABŞ-a ekstradisiya edilib-edilməyəcəyi yaxın həftələrdə bəlli olacaq. Onun məşhur narkotik alverçilərindən biri olan “Otoniel” ləqəbli Dairo Antonio Usuqanın qardaşı oğlu olduğu öyrənilib.

“Otoniel” 2021-ci ilin oktyabrında hərbçilərlə polisin birgə əməliyyatı nəticəsində ələ keçirilib. Sonra ABŞ-a təhvil verilib. ABŞ-da 45 il həbs cəzası alan Otoniel Clan del Golfo təşkilatının rəhbəri kimi tanınıb.

Müxbir Qaytən Qasımzadə

Mənbə trthaber

Bugün TV

Oxşar xəbərlər

İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edildi – VİDEO

Nigar Məmmədova

Paytaxtda oğurluq edənlər saxlanıldı

Nigar Məmmədova

90 cinayət açıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu