17 C
Baku
18 Oktyabr 2024, 9:41
Baş xəbərSiyasət

Elçin Mirzəbəyli: “Bölgədə təhlükəsizliyin təmin edilməsi üçün sülhün alternativi yoxdur”

“Azərbaycan Dövlət Sərhəd Xidmətinin Laçın-Xankəndi yolunda Ermənistanla sərhəddə keçid-buraxılış məntəqəsi qurması tamamilə qanuna uyğun bir addımdır. Və bu həm də ölkə konstitusiyasından irəli gələn bir davranış tərzidir. Üçtərəfli bəyanatda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və yaxud dövlətimizin öz sərhədlərinə tam nəzarəti həyata keçirməsinə qarşı çıxan hər hansı bir müddəa yoxdur və ola da bilməz. Çünki bu ilk növbədə beynəlxalq təşkilatların nizamnaməsinin və eləcə də Azərbaycan konstitusiyasının pozulması deməkdir.
Şübhəsiz ki, konstitusiyanın əleyhinə olan istənilən müddəa Azərbaycan tərəfindən qəbul oluna bilməz və belə bir müddəanın həmin o sənəddə yer alması mümkün deyil”.

Bu fikri Bugun.tv-yə özəl müsahibəsində politoloq Elçin Mirzəbəyli bildirib.

“Ermənistan öz arzuları ilə düşüncələrini hər zaman səhv salır. Və Ketrin Kolonna kimi mövcud reallıqlardan xəbəri olmayan, eyni zamanda regiondakı proseslərə Fransanın müstəmləkəçi maraqlarından yanaşan bir şəxs, heç zaman bu reallıqları dərk edə bilməz.
Təbii ki, onun səsləndirdiyi fikirlər absurd iddiadan başqa bir şey deyil. Fransa kimi ölkələr öz maraqlarına uyğun gələndə 2020-ci il 10 noyabr bəyanatının prinsiplərini tanımırlar. Ancaq özlərinə sərf etdiyi üçün Ketrin Kolonna bu gün sözügedən sənədi gündəmə gətirir.
Bu aspektdən düşünürəm ki, onların nə deməsindən asılı olmayaraq, Fransa tərəfinin, eləcə də Ermənistanın səsləndirdiyi fikirlər rəsmi Bakının bundan sonra atacağı addımlara mane ola bilməyəcək”, – E.Mirzəbəyli qeyd etdi.

“Əslində Fransa Ermənistanın gələcəyini düşünürsə, Azərbaycanla tez bir zamanda sülh müqaviləsinin imzalanması istiqamətində bu ölkəyə özünün müvafiq məsləhətlərini versin. Yaxşı olardı ki, Ketrin Kolonna məhz, bu aspektdən proseslərə yanaşsın. Çünki bölgədə təhlükəsizliyin təmin edilməsi üçün sülhün alternativi yoxdur”, – politoloq vurğuladı.

Nigar Məmmədova

Oxşar xəbərlər

Ermənilərin xisləti bu dəfə də özünü göstərdi: “Kılıçdaroğlunu dəstəkləyirik”

Bugün TV

Dominikan Respublikasının naziri qətlə yetrildi

Aynur Camal

Yalçın Topçu Azərbaycanı təbrik edib

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu