11 C
Baku
8 Dekabr 2024, 3:40
Baş xəbərİqtisadiyyat

“Regionlarımız turizmdə hələ də Bakı ilə rəqabət apara bilmirlər”

Bugun.tv xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, xaricilərin Azərbaycan hotellərində gecələmələrinin sayı 79.7 faiz artaraq 309 minə çatıb. Bunun isə 80 faizi Bakının payına düşür.

Yəni, Azərbaycanda gecələyən hər 100 xaricinin cəmi 20-si rayonlara üstünlük verib. Bu isə ondan xəbər verir ki, hələ də regionlar ilə müqayisədə Bakı xaricilər üçün daha cəlbedici olaraq qalmaqdadır.

Bu məsələ ilə bağlı deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur.

“Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana və eləcə də regionlara daha çox turistin gəlməsinə imkan yarada bilər.

Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2023-ci ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir.

Eyni zamanda, regionlarda çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi oludqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər. Az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi üçün bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu sahibkarların stimullaşdırılması baxımdan vacibdir.

Qeyd edək ki, Azərbaycana gələn xaricilərin 8,9 faizi Qusarda, 3,5 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Naxçıvan Muxtar Respublikasında, 0,3 faizi Şabranda, 1,8 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər”.

Aynur Camal

Oxşar xəbərlər

Dalğaların yüksəlməsi nəticəsində 5 hərbçi yaralandı

Aynur Camal

UNESCO müəllimlərin vəziyyəti ilə bağlı hesabat yayıb

Bugün TV

Rusiya pilotsuz təyyarəsinin Odessaya hücumu nəticəsində liman infrastrukturu zədələndi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu