25 C
Baku
10 Sentyabr 2025, 23:38
DünyaHadisə

Əlcəzairdə son 24 saat ərzində 37 meşə yanğını söndürüldü

Bugun.tv xəbər verir ki, Əlcəzair Mülki Müdafiə Başçılığı ölkənin şimal-şərqində 9 vilayətdə son sutkada 37 fərqli yerdə baş verən meşə yanğınlarının söndürüldüyünü, iki yerdə isə davam edən yanğınların söndürülməsi üçün işlərin davam etdirildiyini açıqlayıb.

“Dünən etibarilə Tizi Vizu, Bicaye, Burc Burayrac, Buvera, Bumerdas, Hanşala, Kalima, Cicel və şəhərlərində 39 yerdə çıxan meşə yanğınlarının 37-si söndürüldü”.

Açıqlamada ətraf əyalətlərdən gələn yanğınsöndürmə qrupları ilə yanaşı, iki təyyarə və helikopterin də yanğınlara müdaxilə etdiyi vurğulanıb.

Açıqlamada bu yanğınlarda insan itkisinin olmadığı qeyd edilib.

Əlcəzairin şimal bölgələrində iyulun 24-də baş verən meşə yanğınlarında 34 nəfər ölüb, 194 nəfər yaralanıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Fabrik yanğını

Aynur Camal

Ən yüksək dağına çıxan 4 alpinist yıxılaraq öldü

Bugün TV

Hərbi geyimli hücumçular 60 nəfəri öldürdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu