Dünya

Əlcəzairdə uşaq evində baş verən yanğında 11 nəfər ölüb

Bugun.tv xəbər verir ki, Əlcəzairin paytaxtı Əlcəzair şəhərinin Məhəmmədiyyə rayonunda yerləşən dövlət uşaq evində baş verən yanğın nəticəsində azı 11 nəfər həyatını itirib, 19 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AFP agentliyinin yaydığı məlumata görə, yanğın gecə saatlarında baş verib. Əlcəzair Mülki Müdafiə Xidməti hadisə yerinə çoxsaylı yanğınsöndürən və təcili tibbi yardım briqadalarının cəlb olunduğunu bildirib. Xəsarət alanlardan 10 nəfərin yanıq aldığı, beş əlilliyi olan şəxsin isə təhlükəsiz şəkildə binadan təxliyə edildiyi açıqlanıb. Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Əlcəzairin Baş naziri Sifi Qrib xəstəxanaya gedərək yaralıları ziyarət edib. Prezident Abdelməcid Təbbun isə faciə ilə bağlı başsağlığı verərək hadisəni “böyük itki” adlandırıb. Hadisə ölkədə davam edən güclü istilər və son günlər qeydə alınan çoxsaylı meşə yanğınları fonunda baş verib. Rəsmi qurumlar yanğınla bağlı araşdırmaların davam etdiyini və hadisənin səbəbinin müəyyənləşdiriləcəyini bildiriblər.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

İran və Rusiya idmançılar, iş adamları və yük maşını sürücüləri üçün viza qaydalarını asanlaşdırır

Aynur Camal

Uşağın məktəb rejiminə uyğunlaşmasına necə kömək etməli?

Aynur Camal

Çimərlikdə ildırım vurması nəticəsində ölüm halı yaşandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu