Bugun.tv xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinə rayonun Aşağı Kürkənd kənd sakini, rayonun elektrik şəbəkəsində fəhlə işləyən Elnur Kazımovun rayonun Şorsulu kəndi ərazisində işləyən zaman cərəyan vurması nəticəsində vəfat etməsi barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı araşdırmalar aparılır.
əvvəlki yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri