Baş xəbərTexnologiya

Rusiya Apple-a qadağa qoydu

Bugun.tv xəbər verir ki, Rusiyanın dövlət hərbi sənaye şirkəti olan Rostec işçilərinə “Apple” tərəfindən hazırlanan cihazlardan istifadə etməyə qadağa qoyub. “Amerika istehsalçısının cihazlarının iş prosesində, şirkətin bütün müəssisələrində istifadəsinə tam qadağa qoyulur”, – Rostecin mətbuat xidmətindən Tass Xəbər Agentliyinə bildiriblər.

2007-ci ildə Putinin sərəncamı ilə yaradılan holdinq hazırda Rusiya üzrə müdafiə sektorunda 800-dən çox elmi-istehsal təşkilatını birləşdirir.

Mash teleqram kanalı daha əvvəl bildirmişdi ki, Apple cihazlarına qadağa yalnız Rostec holdinqlərindən biri olan və optoelektron sistemlər üzrə ixtisaslaşan Şvabeyə tətbiq edilib.

Bununla belə, məhdudiyyətlərin bütün şirkət üçün keçərli olduğu ortaya çıxıb.

Rusiya Federal Təhlükəsizlik Xidməti ötən ay bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya vətəndaşları və ölkədə çalışan xarici diplomatların istifadə etdiyi minlərlə iPhone da zərərli proqram quraşdırıb.

Qurum Apple-ın Amerika kəşfiyyat xidmətlərinə Ağ Evin maraq dairəsində olan şəxsləri araşdırmaq üçün geniş imkanlar təqdim etdiyi iddia edib.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Oyun zamanı meydançaya ildırım düşdü: Bir futbolçu həyatını itirdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu