14 C
Baku
17 Aprel 2025, 18:52
Baş xəbərSosial

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi Gəncədə seminar keçirdi

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində seminar keçirilib. Seminarda qadın və qızların hüquqları, psixoloji, sosial və məşğulluq sahələri əhatə olunub.Bu barədə Bugün televiziyasına cəmiyyətin mətbuat katibi Elnarə Dərziyeva məlumat verib. Onun sözlərinə görə, layihədə nəzərdə tutulan seminarın məqsədi,  məcburi köçkünlər arasında əlillyi olan qadın və qızlara qarşı ictimai yerlərdə münasibət, davranış problemlərinə diqqət çəkmək, onlara qarşı zorakılığın hallarının qarşısının alınmasıdır. Bununla yanaşı onların yaşadığı icmalar tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskrimasiyanın aradan qaldırılmaq da əsas məqsədlərdəndir.“Layihə çərçivəsində mövcud problemləri tədbir iştirakçıları ilə birlikdə müzakirə etdik. Qeyd edim ki, seminarda müxtəlif sahələrdən icma nümayəndələri və əlilliyi olan şəxslərin yaxınları, qohumları və özləri iştirak edirdilər. Xüsusi vurğulamalıyam ki, belə seminarlar təşkili zamanı hər dəfə yeni iştirakçıların dəvət edilməsi yeni dəstək qruplarının yaradılmasına, innovasiyaların artmasına, şəbəkənin böyüməsinə, yeni ideya və təkliflərin verilməsinə səbəb olur” – deyə, E. Dərziyeva bildirib. Qeyd edək ki, tədbirdə 27 nəfər iştirak edib.  

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Parlamentdə Nəcməddin Sadıkovun mühakimə olunması istənildi

Nigar Məmmədova

Bəy qaçdı, gəlin 20 kilometr qovaladı

Aynur Camal

Metro relsdən çıxdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu