Bugun.tv xəbər verir ki, BMT yanında Qadınların Statusu Komissiyasının 68 SESSİYASINDA növbəti tədbir keçilib. Bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı məlumat verib. O, keçirilən mötəbər iclasda daha bir uğurlu əməkdaşlıq görüşünün baş tutduğunu bildirib.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin əməkdaşı Nədimə Rəhimli ilə birlikdə BMT-nin Qadınlar Təşkilatının rəhbəri Sima Saho Bahous və CEDAW Komitəsinin icraçı direktoru Ana Pelaez Narvaez və Komitənin digər üzvlərinin iştirakı ilə sessiya çərçivəsində növbəti toplantıda iştirak etdik”.
“Vətəndaş cəmiyyətləri üçün çox işgüzar bir görüş oldu. Geniş müzakirələr və təcrübə mübadiləsi aparıldı. Görüşdən yüksək təssüratlarla ayrıldıq. Cəmiyyət sədri olaraq düşünürəm ki, bu görüş, təcrübə Azərbaycandakı qadın təşkilatlarının inkişafında mühüm əhəmiyyət kəsb edir və gələcək fəaliyyətlərində öz töhfəsini verəcəyinə əminəm”, – M.Qaramanlı əlavə edib.