Baş xəbər

“Əlil Qadınlar Cəmiyyəti” BMT-nin Qadınlar Təşkilatının tədbirində iştirak edib

Bugun.tv xəbər verir ki, BMT yanında Qadınların Statusu Komissiyasının 68 SESSİYASINDA növbəti tədbir keçilib. Bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı məlumat verib. O, keçirilən mötəbər iclasda daha bir uğurlu əməkdaşlıq görüşünün baş tutduğunu bildirib.

Əlil Qadınlar Cəmiyyəti BMT-nin tədbirində
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin tədbirində

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin əməkdaşı Nədimə Rəhimli ilə birlikdə BMT-nin Qadınlar Təşkilatının rəhbəri Sima Saho Bahous və CEDAW Komitəsinin icraçı direktoru Ana Pelaez Narvaez və Komitənin digər üzvlərinin iştirakı ilə sessiya çərçivəsində növbəti toplantıda iştirak etdik”.

BMT-nin Qadın Təşkilatının toplantısı
BMT-nin Qadın Təşkilatının toplantısı”

“Vətəndaş cəmiyyətləri üçün çox işgüzar bir görüş oldu. Geniş müzakirələr və təcrübə mübadiləsi aparıldı. Görüşdən yüksək təssüratlarla ayrıldıq. Cəmiyyət sədri olaraq düşünürəm ki, bu görüş, təcrübə Azərbaycandakı qadın təşkilatlarının inkişafında mühüm əhəmiyyət kəsb edir və gələcək fəaliyyətlərində öz töhfəsini verəcəyinə əminəm”, – M.Qaramanlı əlavə edib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb – Vüqar Bayramov

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan və Özbəkistan yeni bir ilkə imza atdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu