Bugun.tv xəbər verir ki, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Quba rayonunda növbəti seminar təşkil edilib.
Layihə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirilir. Seminarda Quba rayonunda fəaliyyət göstərən müxtəlif sahələrdən icma qrupları və əlilliyi olan şəxslərin yaxınları, qohumları və özləri iştirak ediblər.Layihə çərçivəsində həyata keçirilən dəstək proqramları, əlilliyi olan qadınların sosial problemlərinin həlli istiqamətində görülən işlər, müraciətlərin həllində müsbət nəticələr və dəyişikliklər, əldə olunan nailiyyətlər və görüləcək işlər, qarşılaşdıqları çətinliklər, bəzi dövlət qurumlarında əlil qadınlara qarşı mənfi münasibətin həllində əməkdaşlıq siyasətinin formalaşdırılması, təhsil məsələləri müzakirə edilib. İştirakçılarla sual-cavab sessiyası təşkil olunub. Diskusiya formatında müzakirələr aparılıb. Seminar zamanı, həmçinin əlillik və cəmiyyətdə əlilliyə dair stereotiplər və yanlış münasibətlə bağlı müzakirələr maraqlı, yadda qalan formatda aparılıb.
Seminarda 27 nəfər iştirak edib.