Dünya

Otbiçən maşınla polisdən qaçmağa cəhd etdi

ABŞ-da şərti azadlığa buraxılma qaydalarını pozduğu aşkarlanan şəxs otbiçən maşınla polisdən qaçarkən elektrik şok tapançası ilə zərərsizləşdirilib. Sarsıntının təsiri ilə təsadüfən özünü vuran şübhəli nəzarətə götürülüb.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Miçiqan ştatında qeyri-adi hadisə baş verib. Əldə edilən məlumata görə, ötən ilin sentyabrında polis, şərti azadlığa buraxılma pozuntuları və iki cinayət pozuntusuna görə axtarışda olan 41 yaşlı Ceyms Mitçel Kerri həbs etmək üçün Leoni Taunun evinə gəlib. Lakin şübhəli polisə təslim olmaq əvəzinə, qazon biçənə minərək qaçmağa çalışıb.

Polisin ‘dayan’ xəbərdarlığına baxmayaraq qaçmağa davam edən şübhəli, otbiçən maşında gizlətdiyi silahı çıxararkən elektrik şok tapançası ilə dayandırılıb. Elektrik cərəyanının təsirindən yerə yıxılan şübhəli ehtiyatsızlıqdan özünü vurub. Əlindən yaralanan Kerr saxlanılaraq müalicə üçün xəstəxanaya göndərilib. Müalicəsindən sonra həbsxanaya göndərilən Kerrin adam öldürmək məqsədi ilə hücum və həbsə müqavimət göstərmək kimi ittihamlarla mühakimə olunduğu öyrənilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Misir kraliçasına məxsus 683 brilyantlı boyunbağı Vyanada oğurlanıb

Aynur Camal

Rusiya Ukraynada hər ay cəlb edə bildiyindən 6 min daha çox əsgər itirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu