14 C
Baku
16 Noyabr 2025, 0:26
Sosial

Əlil Təşkilatları İttifaqının 20 illik yubileyi qeyd olundu

Bugun.tv– xəbər verir ki, Əlil Təşkilatları İttifaqının 20 illik yubileyinə həsr olunmuş ” 20 İl Xidmət, Bir Ömürlük Dəyər” adlı tədbir təşkil olunub.

Tədbirdə dövlət qurumlarının , beynəlxalq təşkilatların, ictimai birliklərin nümayəndələri və əlilliyi olan şəxslər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış nitqində qeyd olunub ki, Əlil Təşkilatları İttifaqı 2005- ci ildən etibarən ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi, hüquqlarının qorunması və cəmiyyətlə inteqrasiyası istiqamətində mühüm fəaliyyət göstərir.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatı , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi, BMT-nin Azərbaycan Nümayəndəliyi, Azərbaycan Milli QHT Forumu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər qurumların nümayəndələri çıxış ediblər.

Rəsmi hissədən sonra bədii proqram təqdim olunub. Sağlamlıq imkanları məhdud olan uşaqlar və gənclərin ifasında mahnı, rəqs və jest dili ilə səhnə nömrələri tamaşaçılara böyük emosiyalar yaşadıb.

Sonda təşkilatın fəaliyyətinə dəstək göstərən qurumların və ictimai birliklərin nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.

Əlil Təşkilatları İttifaqı bundan sonra da əlilliyi olan şəxslərin sosial inteqrasiyası, bərabər imkanlarının təmin edilməsi və inklüziv cəmiyyətin formalaşması istiqamətində fəaliyyətini davam etdirməyi qarşısına məqsəd qoyur.

Bugün TV

Oxşar xəbərlər

“Zərərli vərdişlər və narkomaniya” mövzusunda tədbir keçirildi

Aynur Camal

Əlil Qadınlar Cəmiyyəti regionlarda maarifləndirmə aparır

Kəmalə Sultan

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun son tarixi açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu