Bugun.tv xəbər verir ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının dəstəyi ilə dövlət müəssisələri və QHT nümayəndələri Avropa Sosial Şəbəkəsinin illik konfransı çərçivəsində Danimarkada səfərdə olublar. Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyi də beynəlxalq tədbirdə iştirak edib.
Bu barədə QHT rəhbəri Firuzə Babayeva məlumat verib. Onun sözlərinə görə, tədbirdə innovativ sosial xidmət təcrübələri paylaşılıb, inklüziv və davamlı sosial qayğıya dair müzakirələr aparılıb, sosial rifah siyasəti və texnologiyaları ilə tanışlıq olub.
Tədbirdə DOST Agentliyin icraçı direktoru Fərid Məmmədov çıxış edib. O, Azərbaycanın uğurlu təcrübəsi olan DOST Agentliyi tərəfindən icra olunan DOST Tələbə Akselerasiya Proqramı üzrə əlilliyi olan tələbələrin sosial-iqtisadi inkişafına dəstək yönümlü tədbirlər barədə konfrans iştirakçılarına məlumat verib.
Konfransın sonuncu günü tədbirə qatılan yerli və xarici təşkilatların Danimarkada fəaliyyət göstərən sosial xidmət müəssisələrinin fəaliyyəti ilə də tanış olmaq imkanı olub.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
