Baş xəbər

Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyi Danimarkada beynəlxalq tədbirə qatılıb

Bugun.tv xəbər verir ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının dəstəyi ilə dövlət müəssisələri və QHT nümayəndələri Avropa Sosial Şəbəkəsinin illik konfransı çərçivəsində Danimarkada səfərdə olublar. Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyi də beynəlxalq tədbirdə iştirak edib.  Bu barədə QHT rəhbəri Firuzə Babayeva məlumat verib. Onun sözlərinə görə,  tədbirdə innovativ sosial xidmət təcrübələri paylaşılıb, inklüziv və davamlı sosial qayğıya dair müzakirələr aparılıb, sosial rifah siyasəti və texnologiyaları ilə tanışlıq olub.Tədbirdə DOST Agentliyin icraçı direktoru Fərid Məmmədov çıxış edib. O, Azərbaycanın uğurlu təcrübəsi olan DOST Agentliyi tərəfindən icra olunan DOST Tələbə Akselerasiya Proqramı üzrə əlilliyi olan tələbələrin sosial-iqtisadi inkişafına dəstək yönümlü tədbirlər barədə konfrans iştirakçılarına məlumat verib. Konfransın sonuncu günü tədbirə qatılan yerli və xarici təşkilatların Danimarkada fəaliyyət göstərən sosial xidmət müəssisələrinin fəaliyyəti ilə də tanış olmaq imkanı olub.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu