22.1 C
Baku
7 Oktyabr 2024, 10:07
Baş xəbərDünya

Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən yanvar-avqust aylarında 18 yaşadək əlilliyi olan 25 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Onlardan 1,4 min nəfəri stasionar, 16,4 min nəfəri ambulator, 2,1 min nəfəri icma əsaslı, 4,7 min nəfəri onlayn, 118 nəfəri ippoterapiya, 350 nəfəri səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Qəbələ və Şəmkir Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

Taker Karlsonun Putinlə müsahibəsi fevralın 9-da Moskva vaxtı ilə saat 2:00-da yayımlanacaq

Bugün TV

Qalaktikamızdakı qara dəliyin yeni şəkli yayımlandı

Bugün TV

Sənaye sahəsində iş yeri və anbarda yanğın oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu