25 C
Baku
27 İyul 2024, 4:51
Baş xəbərSosial

Əlilliyi olan qadınlarla bağlı video-təlimat və məlumat kitabının təqdimatı olacaq

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində nəzərdə tutulan video-təlimat və məlumat kitabının təqdimatı olacaq.

Bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyini mətbuat xidmətinin rəhbəri Elnarə Dərziyeva jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq bir neçə müddətdir ki, video-təlimatla kitabın hazırlanması üzərində işlər gedir. “Hər iki istiqamət üzrə məlumatlar dövlət qurum əməkdaşlarından götürülən müsahibələr əsasında hazırlanıb. Məqsəd, əlilliyi olan qadın və qızların hüquqi maariflənməsi, dövlət xidmətlərinə çıxışları zamanı onlar üçün nəzərdə tutulan qayda və qanunlardan məlumatlı olmalarını təmin etməkdir. Video-təlimatın 10-15 dəqiqə olması nəzərdə tutulub. Məlumat kitabı isə 3 min tirajla nəşr ediləcək. Qeyd edək ki, həm video-təlimatda, həm də kitabda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Reablitasiya və Ekspertiza Agentliyi, DOST Agentliyi, Daxili İşlər Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Təhsil Nazirliyi və digər dövlət qurumlardan götürülən məlumatlar yer alıb”, o bildirib.

E.Dərziyeva əlavə edib ki, video-təlimat və məlumat kitabı aprel ayında ictimaiyyətə təqdim olunacaq. Daha sonra o əlillyi olan qadınlara, qızlara və yaxınlarına, eyni zamanda hazırlanmasında əməyi keçən dövlət qurumlarına da bağışlanılacaq. Bununla yanaşı, video-təlimatın və kitabın elektron versiyasının əlçatanlığı təmin emək məqsədi ilə kütləvi informasiya vasitələrində yayımlanması da nəzərdə tutulub.

 Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

 

 

Bugün TV

Oxşar xəbərlər

Baş Prokurorluq Quranı yandıran şəxs haqqında həbs qərarı verdi

Bugün TV

LGBT terroru! Ata 9 yaşlı oğlunun cinsiyyətini dəyişdirdi – FOTOLAR

Bugün TV

Nəsli kəsilməkdə olan  heyvan 43 ildən sonra aşkar edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu