Image default
Sosial

Əlilliyi olan şəxslər üçün ilk yerli elektrik nəqliyyat vasitəsi ilə bağlı maarifləndirici təlim keçirildi

Bugun.tv xəbər verir ki, Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində əlilliyi olan şəxslər üçün hazırlanmış ilk yerli elektrik nəqliyyat vasitəsi (ENV) ilə bağlı maarifləndirici təlim təşkil olunub. Tədbir “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində baş tutub.

Təlimin məqsədi iştirakçıları yerli mühəndislər tərəfindən hazırlanmış elektrik nəqliyyat vasitəsinin texniki xüsusiyyətləri, istifadə qaydaları, təhlükəsizlik prinsipləri və gündəlik həyatda tətbiq imkanları ilə tanış etmək, eyni zamanda inklüziv şəhər nəqliyyatı sahəsində yeni yanaşmaların təşviqinə töhfə vermək olub.

Tədbirdə əlil arabasından istifadə edən şəxslərin müstəqil hərəkət imkanlarının genişləndirilməsində müasir texnologiyaların rolu, əlçatan nəqliyyat sistemlərinin əhəmiyyəti, ekoloji cəhətdən təmiz nəqliyyat həlləri və inklüziv şəhər mühitinin formalaşdırılması barədə geniş məlumat verilib. İştirakçılara elektrik mühərriki ilə işləyən, enerji səmərəliliyini təmin edən və şəhər mühitində təhlükəsiz hərəkət üçün uyğunlaşdırılmış yerli nəqliyyat vasitəsinin üstünlükləri təqdim olunub.

Praktiki hissədə mütəxəssislər elektrik nəqliyyat vasitəsinin idarəetmə mexanizmini, təhlükəsizlik sistemlərini və funksional imkanlarını nümayiş etdiriblər. Təlim zamanı bildirilib ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin təhlükəsiz, rahat və müstəqil hərəkət imkanlarını artırmaq, onların cəmiyyət həyatında fəal iştirakını dəstəkləmək və ölkədə inklüziv nəqliyyat həllərinin inkişafına töhfə verməkdir.

Bugün TV

Oxşar xəbərlər

Soyuq su ilə hazırlanan ilk hazır əriştə Yaponiyada satışa çıxarılır

Aynur Camal

Ceyhun Məmmədov: Müəllimin geyimi məktəbin nüfuzuna və peşə etikasına uyğun olmalıdır

Aynur Camal

Azərbaycanda əlil arabasından istifadə edən şəxslər üçün ilk yerli elektrik nəqliyyat vasitəsi təqdim olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu