28 C
Baku
10 Sentyabr 2024, 19:26
Baş xəbərDünya

Əliyev və Putin Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin telefon danışığında Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Kreml Sarayından verilən açıqlamaya görə, Putin və Əliyev telefonla danışıb.

Rusiya ilə Azərbaycan arasında münasibətlərin müzakirə olunduğu görüşdə V.Putinin Azərbaycana son səfəri zamanı əldə olunan razılaşmaların müttəfiqlik və tərəfdaşlıq səviyyəsində münasibətləri daha da dərinləşdirəcəyi bildirilib.

Cənubi Qafqazdakı vəziyyətin də müzakirə olunduğu görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişi, sərhədlərin müəyyən edilməsi və nəqliyyat əlaqələrindəki maneələrin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunub.

Bu kontekstdə Rusiya tərəfi müvafiq həll yollarının işlənib hazırlanmasında Bakı və İrəvana dəstək verməyə hazır olduğunu bildirib.

Putin və Əliyev təmasları davam etdirmək barədə razılığa gəliblər.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Xaçınçay su anbarına balıq körpələri buraxılıb

Aynur Camal

Hər şey bir anda oldu! Stansiyada bir işçinin dəhşətli ölümü: Ayı hücum edərək onu parçaladı

Aynur Camal

Dünyanın Ən Baha Telefonu

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu