19 C
Baku
28 İyun 2025, 9:43
Baş xəbərSosial

Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib

Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib.

Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Lətif Zeyniyev Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

O Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib. 2003-2004-cü illərdə M.Nağıyev adına Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında “Uşaq cərrahiyyəsi” ixtisası üzrə internatura keçib. 2004-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasında əyani aspirantura təhsili alıb. 2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasında assistent kimi çalışıb. 2010-cu ildə Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Tibb üzrə fəlsəfə doktoru” alimlik dərəcəsini alıb. 2014-2023-cü illərdə Almaniyanın Hannover, Düsseldorf və Ştutqart şəhərlərində uşaq cərrahı olaraq assistent – həkim, mütəxəssis – həkim, baş mütəxəssis – həkim, idarəedici baş mütəxəssis – həkim vəzifələrində fəaliyyət göstərib.

Aynur Camal

Oxşar xəbərlər

Tanınmış aparıcı Media Tədris Mərkəzinin tələbələrinə təlim keçdi

İntizar Əmirova

Husilərə məxsus 2 pilotsuz maşın vuruldu

Bugün TV

Elon Musk-ın anası: “Bayden oğlumun dünyanı daha yaxşı yerə çevirməsinə mane olur”

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu