Siyasət

Türkiyədə səsvermənin tarixi bəlli oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü ölkə parlamentinə müraciətində deyib ki, Türkiyədə ümumi seçkilər mayın 14-də keçiriləcək.

O, müxalifətin öz hakimiyyətini tənqid etməsinə cavab olaraq deyib: “Millətimiz mayın 14-də lazım olanı edəcək”.

“Müxalifət üzvləri zəlzələdən zərər çəkmiş ərazilərə kameralar qarşısına keçərək baş çəkiblər və hakimiyyət xalqın qayğısına qalarkən,onlar öz mülkləri üçün narahat olublar”.

Bugun.tv türk mediasına istinadən xəbər verir ki, bunu Türkiyə lideri mediaya aşıqlamasında deyib. O, əlavə edib ki, onun administrasiyası müxalif siyasətçilərin fəaliyyətinin uçotunu aparır və bu, vaxtında ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, daha əvvəl Ərdoğan səsvermənin yay mövsümündən və universitet imtahanlarından əvvəl keçirilməsi üçün qanunla müəyyən edilmiş son tarix olan iyunun 18-dən mayın 14-nə keçirilməsi planlarını açıqlamışdı. Onun yekun tarixi 10-11 mart tarixlərində rəsmən elan edəcəyi gözlənilir. Tarix ölkə parlamenti və ya prezidentin fərmanı ilə təsdiq edilə bilər.

Nigar Məmmədova

Oxşar xəbərlər

Sudandan təxliyə edilənlərin sayı 1500-ə çatdı

Nigar Məmmədova

Sergey Lavrov: “Rusiya Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə kömək edəcək”

Nigar Məmmədova

Beynəlxalq konfransın iştirakçıları Qarabağda

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu