Baş xəbərSosial

Elmir Səfərli: Xəzər Universiteti ilə əməkdaşlıq tələbələrin praktiki hazırlığına töhfə verəcək

Bugun.tv xəbər verir ki, SUNLAB MMC ilə Xəzər Universiteti arasında təhsil, elmi-tədqiqat, təlim və tibbi-laboratoriya fəaliyyəti sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə görüş keçirilib.

Görüş və imzalanan Əməkdaşlıq haqqında Anlaşma Memorandumu barədə məlumatı SUNLAB MMC-nin direktoru, iqtisadçı Elmir Səfərli öz sosial media hesabında paylaşıb.

Görüşdə Xəzər Universitetinin rektoru Razia İsayeva, Elmir Səfərli və hər iki qurumun əməkdaşları iştirak ediblər.

Tələbələr üçün praktiki imkanlar genişlənəcək

Elmir Səfərlinin paylaşdığı məlumata görə, əməkdaşlığın əsas məqsədlərindən biri tələbələrin praktiki hazırlığının gücləndirilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsidir.

Memoranduma əsasən, Xəzər Universitetinin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələri SUNLAB-ın bazasında təlim və istehsalat təcrübəsi keçə biləcəklər.

Xüsusi fərqlənən tələbələrin elmi-tədqiqat və peşəkar fəaliyyətlərə cəlb edilməsi, tibbi-laboratoriya və əlaqəli sahələr üzrə birgə elmi-tədqiqat işlərinin aparılması, həmçinin internatura və təcrübə mərhələlərinin təşkili də nəzərdə tutulur.

Birgə seminar və elmi layihələr keçiriləcək

Əməkdaşlıq çərçivəsində tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, peşəkar görüşlərin, konfransların, seminarların və təlimlərin təşkili planlaşdırılır.

Bununla yanaşı, laboratoriya fəaliyyəti, akademik dəstək və peşəkar məsləhətləşmələr istiqamətində də qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Elmir Səfərli qeyd edib ki, imzalanan memorandum təhsil və tibbi-laboratoriya sahələri arasında əlaqələrin gücləndirilməsinə, tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına, elmi-tədqiqat fəaliyyətinin təşviqinə və gələcək kadrların hazırlanmasına töhfə verəcək.

Memoranduma əsasən, SUNLAB tərəfindən Xəzər Universitetinin əməkdaşlarına tibbi-laboratoriya xidmətləri üzrə 15 faiz güzəşt də tətbiq ediləcək.

Aynur Camal

Oxşar xəbərlər

Avokadonu günün hansı vaxtında yemək daha faydalıdır?

Aynur Camal

Azərbaycan-Türkmənistan ticarət dövriyyəsi 208 milyon dollar oldu

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana xarici investisiyaların cəlb edilməsində artım müşahidə olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu