Baş xəbər

Elnarə Akimova aprel şəhidinin ailəsini ziyarət edib- FOTO

Deputat Elnarə Akimova Aprel şəhidinin ailəsini ziyarət edib.

Bugun.tv xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Elnarə Akimova paylaşımında qeyd edib ki, deputatı olduğum ərazinin yeganə Aprel şəhidi Murad Məmmədovdur!

Dünən Hacı Zeynalabdin qəsəbəsinin ərazi dairəsi üzrə nümayəndəsi Lalə Hacıyeva ilə birlikdə şəhidin anım günündə ailəsini ziyarət etdik. XTQ əsgəri Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Ailəsi Muradın uşaqlıq, gənclik xatirələrindən danışdılar. Nişanlı olsa da döyüşə atılan oğullarının vətən sevgisindən öyünərək bəhs etdilər. Biz də öyünürük! Nə yaxşı ki, Murad kimi qəhrəmanlar yetirib bu vətən! Bütün şəhidlərimizin ruhu şad olsun!

Aynur Camal

Oxşar xəbərlər

Milli Xalça Muzeyində “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” adlı ilk sərgi açıldı

İntizar Əmirova

Vladimir Putin prezident seçkilərində iştirak edəcəyini bildirdi

İntizar Əmirova

Axtarışda olan 139 nəfər saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu