Baş xəbərDünya

Elon Musk-ın anası: “Bayden oğlumun dünyanı daha yaxşı yerə çevirməsinə mane olur”

“ABŞ prezidenti Cozef Bayden İlon Maskın dünyanı daha yaxşı yerə çevirməsinə mane olur”.

Bugun.tv xəbər verir ki, bu sözləri amerikalı milyarder, Tesla və SpaceX-in sahibi İlon Maskın anası Mey Mask ABŞ Federal Rabitə Komissiyasının üzvü Brendan Karrın Baydenin Maska nəzarət etmək üçün müxtəlif yollardan istifadə edəcəyi bəyanatına münasibət bildirərkən deyib.

“Mən İlon Maskın anasıyam. Onun məqsədi dünyanı daha yaxşı bir yerə çevirməkdir. ABŞ-ın hazırkı prezidenti onu dayandırmaq istəyir. Başqa ölkələrdə insanlar İlonla fəxr edirlər və ABŞ prezidentinin motivlərini başa düşmürlər”-deyə, o qeyd edib.

Daha əvvəl Mask 2024-cü ilin noyabrında keçiriləcək növbəti seçkidə Baydenə səs verməyəcəyini bildirmişdi.

Kəmalə Sultan

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Misir kraliçasına məxsus 683 brilyantlı boyunbağı Vyanada oğurlanıb

Aynur Camal

Rusiya Ukraynada hər ay cəlb edə bildiyindən 6 min daha çox əsgər itirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu