6 C
Baku
9 Fevral 2026, 20:05
Baş xəbərDünya

Elon Musk-ın anası: “Bayden oğlumun dünyanı daha yaxşı yerə çevirməsinə mane olur”

“ABŞ prezidenti Cozef Bayden İlon Maskın dünyanı daha yaxşı yerə çevirməsinə mane olur”.

Bugun.tv xəbər verir ki, bu sözləri amerikalı milyarder, Tesla və SpaceX-in sahibi İlon Maskın anası Mey Mask ABŞ Federal Rabitə Komissiyasının üzvü Brendan Karrın Baydenin Maska nəzarət etmək üçün müxtəlif yollardan istifadə edəcəyi bəyanatına münasibət bildirərkən deyib.

“Mən İlon Maskın anasıyam. Onun məqsədi dünyanı daha yaxşı bir yerə çevirməkdir. ABŞ-ın hazırkı prezidenti onu dayandırmaq istəyir. Başqa ölkələrdə insanlar İlonla fəxr edirlər və ABŞ prezidentinin motivlərini başa düşmürlər”-deyə, o qeyd edib.

Daha əvvəl Mask 2024-cü ilin noyabrında keçiriləcək növbəti seçkidə Baydenə səs verməyəcəyini bildirmişdi.

Kəmalə Sultan

Oxşar xəbərlər

Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün insan hüquqları üzrə təlim keçirilib

Aynur Camal

Asiya İnkişaf Bankı 350 milyon dollarlıq yenilənə bilən enerji layihələrini dəstəkləyir

Aynur Camal

Meksika Kuba üçün 800-dən çox ton humanitar yardım göndərdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu